Böyük Britaniyada inflyasiya gözlənilmədən son 6 ayın ən yüksək səviyyəsinə çatıb

Böyük Britaniyada inflyasiya gözlənilmədən son 6 ayın ən yüksək səviyyəsinə çatıb
# 19 fevral 2020 15:24 (UTC +04:00)

Yanacağın bahalaşması və aviabiletlərin proqnozlara nisbətən daha az ucuzlaşması səbəbindən Böyük Britaniyada inflyasiya səviyyəsi bu ilin yanvar ayında gözlənilmədən 6 aylıq rekord göstəricidən yüksək olub.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu ilin yanvarında funt sterlinq ABŞ dollarına qarşı dörddə bir sent bahalaşıb və bunun ardınca istehlak qiymətləri də 1,8% yüksəlib.

Böyük Britaniya Mərkəzi Bankının inflyasiya hədəfi 2% olmasına baxmayaraq, bu artım yenə də bir çox bazar iştirakçılar üçün gözlənilməz olub, əsasən də yanacağın qiymətləri illik ifadədə 4,7% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR