Dövlət İnvestisiya Proqramı ötən il 97% icra olunub

Dövlət İnvestisiya Proqramı ötən il 97% icra olunub
# 09 mart 2021 16:44 (UTC +04:00)

Azərbaycanda 2020-ci ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün 4,909 mlrd. manat vəsait nəzərdə tutulmuşdur ki, bu məbləğin 4,748 mlrd. manatının (96,7%) maliyyələşdirilməsi təmin edilib.

"APA-Economics"in xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib. Nəzərdə tutulmuş investisiyalar 63 sifarişçi təşkilata (571 layihə üzrə) ayrıldığı halda, hesabat dövründə 62 sifarişçi təşkilatın (570 layihə üzrə) maliyyələşdirilməsi təmin edilib. Ümumilikdə isə, ötən il 571 layihədən 250-nin icrasının başa çatdırılması nəzərdə tutulurdu ki, onların 229-u icrası yekunlaşdırılıb. 11 layihə pandemiya, 10 layihə isə müharibə şəraiti ilə əlaqədar tamamlanmayıb.

Qeyd edək ki, nəzərdə tutulmuş dövlət investisiyanın 3,965 mlrd. manatı keçid layihələrinə, 944,2 mln. manatı isə yeni layihələr üçün nəzərdə tutulmuşdu. Beləliklə hesabat dövründə keçid layihələri üçün nəzərdə tutulmuş investisiyaların 3,806 mlrd. manatı (96%), yeni layihələr üçün isə 941 mln. manatının (99,6%) maliyyələşdirilməsi həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR