Dövlət büdcəsinə yanvar-noyabrda vergilər üzrə 6,8 mlrd. manat vəsait daxil olub

Dövlət büdcəsinə yanvar-noyabrda vergilər üzrə 6,8 mlrd. manat vəsait daxil olub
# 23 dekabr 2020 12:10 (UTC +04:00)

“Hökumət tərəfindən pandemiyanın iqtisadiyyata təsirlərinin yumşaldılması istiqamətində mühüm işlər görülüb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, görülən tədbirlər nəticəsində Azərbaycan hökuməti iqtisadi tənəzzülü nisbətən yumşaltmağa nail ola bilib: “Qısa müddət ərzində bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilib. Cari ilin yanvar-noyabr aylarında vergilər üzrə 6,8 mlrd. manat vəsaitin dövlət büdcəsinə daxil olunması təmin edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR