Dünya Bankı ötən il Türkiyəyə rekord məbləğdə kredit ayırıb

Dünya Bankı ötən il Türkiyəyə rekord məbləğdə kredit ayırıb
# 03 fevral 2021 11:23 (UTC +04:00)

2020-ci ildə Dünya Bankı doqquz kritik inkişaf layihəsi üzrə Türkiyəyə 2,501 mlrd. ABŞ dolları məbləğində rekord maliyyə dəstəyi göstərib.

"APA-Economics"in Dünya Bankına istinadən verdiyi məlumata görə, yeni kredit xətlərinin təsdiqindən sonra Dünya Bankının Türkiyədəki aktiv layihə portfeli 21 layihə üzrə 6,7 mlrd. dollara çatıb.

Bank Türkiyənin COVID-19 pandemiyasına təcili müdaxiləsini dəstəkləmək üçün sürətli, çevik və strateji bir yanaşma tətbiq edib. Beləliklə, 2020-ci il ərzində böhranın müxtəlif aspektlərinin həlli üçün 1,333 mlrd. dollar həcmində beş inkişaf layihəsi sürətlə hazırlanıb. Qalan 1,168 mlrd. dollarlıq dörd layihə isə Türkiyənin pandemiyadan sonra daha güclü bir şəkildə qayıda bilməyinə, daha bərabər və davamlı böyüməyə üçün hesablanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR