ECOBANK: Ermənistanın Azərbaycana qarşı təcavüzkar əməlləri beynəlxalq hüquq və normaları pozur

ECOBANK: Ermənistanın Azərbaycana qarşı təcavüzkar əməlləri beynəlxalq hüquq və normaları pozur
  • Clock-gray 15:34
  • calendar-gray 01 Oktyabr 2020

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Ticarət və İnkişaf Bankının (ECOBANK) Türkiyədən olan prezidenti Yalçın Yüksəl və Bankın Türkiyədən olan müvəqqəti alternativ müdiri Serhat Köksal Ermənistanın təcavüzkar əməllərini beynəlxalq hüquq və normaların pozulması kimi qiymətləndiriblər.

Azərbaycan İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tərəflər bu barədə ötən gün ECOBANK-ın Müdirlər Şurasının onlayn formatda keçirilən 19-cu İllik Toplantısında bəyan ediblər.

Tədbirdə fəxri qonaq qismində iştirak edən İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Hadi Süleymanpurun təşəbbüsü ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi sükutla yad edilib.

İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini Allahverdi Paşayev Ermənistanın Azərbaycana qarşı həyata keçirildiyi təcavüzkar siyasət nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğal olunması, eləcə də bu ilin 27 sentyabr tarixində Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbir çərçivəsində ECOBANK-ın 2019-cu il üzrə İllik Hesabatının, Xarici Audit Hesabatı və Maliyyə Bəyanatının, Audit Komitəsinin 2019-2020-ci il üzrə Hesabatının təqdimatı keçirilib.

Qeyd edək ki, Azərbaycan 2013-cü ildən ECOBANK-ın üzvüdür və hazırda Bankla özəl sektor sahəsində əməkdaşlıq edilir.

Hüseyn Vəliyev

Digər xəbərlər