Elman Rüstəmov: “Pandemiya fonunda manatın devalvasiyası gözlənilmir”

Elman Rüstəmov: “Pandemiya fonunda manatın devalvasiyası gözlənilmir”
# 23 dekabr 2020 10:53 (UTC +04:00)

“Pandemiya fonunda manatın devalvasiyası gözlənilmir”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

AMB sədri bildirib ki, artıq pandemiyanın kəskin hissəsi arxada qalmağa doğru gedir: "Qonşu ölkələrdən, ticarət tərəfdaşımız olan ölkələrdən fərqli olaraq, pandemiyanın təsiri nəticəsində Azərbaycanda ciddi heç nə baş vermədi. Nə indi, nə də 2021-ci ildə bunu gözləmirik. Bu gün təqdim olunan büdcəmiz məhz stabil məzənnə, çox aşağı inflyasiya üzərində qurulub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR