Fars körfəzi ölkələrində ÜDM-in artım templəri bu il aşağı olacaq - PROQNOZ

Fars körfəzi ölkələrində ÜDM-in artım templəri bu il aşağı olacaq - PROQNOZ
# 05 dekabr 2019 11:09 (UTC +04:00)

Körfəz Əməkdaşlıq Şurası (KƏS) ölkələrində ümumi iqtisadi artımın ötən il qeydə alınmış 2%-dən 2019-cu ildə 0,8%-dək düşəcəyi proqnozlaşdırılır.

Bu barədə "APA-Economics" Dünya Bankının KƏS ölkələri üzrə yenilənmiş hesabatına istinadən xəbər verir.

Sözügedən ölkələrin iqtisadiyyatının yavaşlamasının səbəbi kimi Dünya Bankı aşağı neft qiymətləri və artıq neft tədarükünü göstərir.

2019-cu ildə ən aşağı ÜDM artımı Omanda gözlənilir. Bankın proqnozlarına görə, cari ildə bu ölkədə iqtisadi durğunluq qeydə alınacaq.

Hesabata əsasən, bu il ən yüksək ÜDM artımı Bəhreyn və Səudiyyə Ərəbistanında müşahidə olunacaq. Bu ölkələrdə artım müvafiq olaraq 2% və 1,8% olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR