"Fitch" Avrozona iqtisadiyyatı üzrə proqnozunu azaldıb

"Fitch" Avrozona iqtisadiyyatı üzrə proqnozunu azaldıb
  • Clock-gray 11:13
  • calendar-gray 28 May 2020

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi bu il Avrozona iqtisadiyyatının 8,2% azalacağını proqnozlaşdırır.

"APA-Economics"in "Fitch"in "Global Economic Outlook" adlı may hesabatına istinadən verdiyi məlumata görə, yeni proqnoz agentliyin əvvəlki gözləntisindən 1,2 faiz bəndi azdır. İqtisadi geriləmənin COVID-19 pandemiyası fonunda İtaliya, Fransa və İspaniyada ÜDM-in kəskin azalması nəticəsində baş verəcəyi gözlənilir.

"Fitch" qeyd edir ki, bu il İspaniya iqtisadiyyatı 9,6%, İtaliya iqtisadiyyatı 9,5% Fransa iqtisadiyyatı isə 9% azalacaq. Böhran Böyük Britaniyadan da yan keçməyib. Agentlik bu ölkədə cari ildə ÜDM-in azalması üzrə proqnozunu 6,3%-dən 7,8%-ə endirib.

Mirsəid İbrahimzadə

Digər xəbərlər