Fuad Oktay: “Məqsədimiz Azərbaycanla ticarət dövriyyəsini 2023-cü ildə 15 milyard dollara çatdırmaqdır”

Fuad Oktay: “Məqsədimiz Azərbaycanla ticarət dövriyyəsini 2023-cü ildə 15 milyard dollara çatdırmaqdır”
# 19 fevral 2021 18:04 (UTC +04:00)

“İclasdan sonra imzalanan 138 maddədən ibarət protokol Azərbaycanın Qarabağda şanlı zəfərindən sonra Türkiyə və Azərbaycan Prezidentlərinin dünyaya verdiyi mesaja uyğundur”.

APA-nın məlumatına görə, bunu bu gün Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasından sonra Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.

F. Oktay deyib ki, pandemiyaya baxmayaraq, keçən il iki ölkə arasında ticarət dövriyyəsi 5 faiz artıb və 4,6 milyard dollar olub: “Məqsədimiz iki ölkə arasında ticarət dövriyyəsini 2023-ci ildə 15 milyard dollara çatdırmaqdır. Bu gün keçirilən toplantıda müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını müzakirə etdik. Türkiyə-Azərbaycan Sərmayə Fondu yaradılması, külək və günəş enerjisi, yataqların birgə işlədilməsi sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik. 138 qərardan ibarət plan üzərinə razılaşma əldə etdik. Tərcihli ticarət anlaşmasının əhatə dairəsinin genişləndirilməsi barədə razılığa gəldik. Niyyətimiz gələcəkdə sərbəst ticarət sazişinin imzalanmasıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR