Gömrük orqanlarının vəzifəli şəxslərinin etik davranış qaydaları üzrə maarifləndirmə işləri aparılacaq

Gömrük orqanlarının vəzifəli şəxslərinin etik davranış qaydaları üzrə maarifləndirmə işləri aparılacaq
# 16 yanvar 2020 20:00 (UTC +04:00)

Gömrük sərhəd-keçid məntəqələrində gömrük orqanlarının vəzifəli şəxslərinin etik davranış qaydaları üzrə maarifləndirmə işləri aparılacaq.

APA xəbər verir ki, bu, Baş Nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidmətinə 2020-ci ilin sonunadək gömrük sərhəd-keçid məntəqələrində gömrük orqanlarının vəzifəli şəxslərinin etikdavranış qaydaları üzrə maarifləndirmə işlərinin aparılması tapşırılıb.

Eyni zamanda Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti 2020-ci ilin aprel ayınadək gömrük sərhəd keçid məntəqələri üzrə infrastrukturun yaxşılaşdırılmasına dair təkliflərini təqdim etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR