Gürcüstanın Azərbaycanla mənfi ticarət saldosu 17% azalıb

Gürcüstanın Azərbaycanla mənfi ticarət saldosu 17% azalıb
# 19 mart 2021 13:25 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsinin həcmi 166 992,2 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 61 225,3 min dollar və ya 26,8% azdır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib.

Ötən il bu göstərici 228 217,5 min dollar təşkil edib.

Cari ilin yanvar-fevral ayları ərzində Gürcüstan Azərbaycandan 100 618,5 min dollarlıq mal və məhsullar idxal edib ki, bu da illik ifadədə 25,3% azdır. Hesabat dövründə Gürcüstanın Azərbaycana ixracı isə 29% azalaraq 66 373,7 min dollara bərabər olub.

Nəticədə, cari ilin ilk iki ayı ərzində Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsində 34 244,8 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik ifadədə 16,9% azdır. Belə ki, 2020-ci ilin analoji dövründə Gürcüstanın Azərbaycanla mənfi ticarət saldosu 41 245,7 min dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR