Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin mənfi saldosu ötən il 33% azalıb

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin mənfi saldosu ötən il 33% azalıb
# 20 yanvar 2020 11:22 (UTC +04:00)

Ötən il Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsinin həcmi 1 057 839,6 min ABŞ dolları təşkil edib ki, bu 2018-ci illə müqayisədə 3,4% və ya 36 936,9 min dollar azdır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib.

2018-ci ildə bu göstərici 1 094 776,5 min dollar təşkil edib.

Hesabat ilində Gürcüstan Azərbaycandan 559 130,2 min dollarlıq mal və məhsullar idxal edib ki, bu göstərici əvvəlki illə müqayisədə 5,7% azalıb.

Gürcüstanın Azərbaycana ixracı isə 498 709,4 min dollar təşkil edib. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 0,7% azdır.

Nəticədə, Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsində 60 420,8 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik ifadədə 33,4% azalıb. Ötən il mənfi saldo 90 691,7 min dollara bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR