"Heineken" 8 min işçini ixtisar edəcək

"Heineken" 8 min işçini ixtisar edəcək
# 10 fevral 2021 12:29 (UTC +04:00)

Niderlandın "Heineken N.V." pivəbişirmə şirkəti 8 min işçisinin ixtisar edəcək. Növbəti iki il ərzində isə şirkət 2 mlrd. ABŞ dollarına qənaət etmək niyyətindədir.

"APA-Economics"in "Financial Times"a istinadən verdiyi məlumata görə, hazırda şirkətin işçi ştatı 85 min nəfərdir. Beləliklə, ixtisar işçilərin 9%-dən çoxunu əhatə edəcək. Ştatın kütləvi azaldılması şirkətin ümumi restrukturizasiya xərclərini 509 mln. dollara yüksəltsə də, işçi heyətinə yönələn xərclərini 424 mln. avro azaldacaq.

Qeyd edək ki, dünyanın ən böyük ikinci pivəbişirmə şirkəti 2020-ci ili 204 mln. avroluq (247,3 mln. dollar) xalis zərərlə bitirib (2019-cu ildə 2,37 mlrd. dollar xalis mənfəət). COVID-19 pandemiyası səbəbindən bağlanan pablar və barlar "Heineken"in satış gəlirlərini 17% azaldaraq 28,86 mlrd. dollara endirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR