Hindistan qızıl idxalını kəskin azaldıb

Hindistan qızıl idxalını kəskin azaldıb
# 20 iyul 2020 14:30 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayılarında Hindistanın xaricdən aldığı qızılın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 94% azalıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "The Economic Times" Hindistanın Ticarət Nazirliyinə istinadən xəbər verir.

"Bu ilin aprel-iyun aylarında Hindistanın qızıl idxalı daxili bazarda sözügedən metala tələbatın azalması səbəbindən 94% azalaraq 688 mln. ABŞ dolları tışkil edib. 2019-cu ilin analoji dövründə Hindistan 11,5 mlrd. dollar dəyərində qızıl idxal edib", - Ticarət Nazirliyindən bildirilib.

Hindistanın qızıl idxalı 2019-cu ilin dekabrından bəri mənfi artım nümayiş etdirib.

Qızıl, neft, sənaye məhsulları və digər məhsulların idxalının azalması Hindistanın ümumi ixracatının iyun ayında 2019-cu ilin eyni ayına nisbətən 47,5% azalaraq 21,1 mlrd. dollaradək enməsinə səbəb olub. Eyni zamanda, iyun ayında da ixracatın azalma tempi bu ilin may ayına nisbətən 12,4% yavaşladı. Nəticədə, 18 il ərzində ilk dəfə Hindistan ötən ay xarici ticarətdə profisit əldə edib.

Xatırladaq ki, Hindistan dünyanın ən böyük qızıl idxalçılarından biridir. Hindistan ildə 800-900 ton qızıl idxal edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR