"Kapital Bank" POS-terminal komissiyalarını 50%-dək endirib ®

"Kapital Bank" POS-terminal komissiyalarını 50%-dək endirib ®
  • Clock-gray 10:27
  • calendar-gray 27 May 2020

“Kapital Bank” ASC pandemiya dövründə sahibkarlara dəstək göstərmək, həmçinin iqtisadi subyektlərin bank xidmətləri üzrə xərclərinin azaldılması məqsədi ilə POS-terminal komissiyalarını endirib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, güzəşt müddəti 30 sentyabr 2020-ci il tarixinədək davam edəcək.

Şərtlərə görə, bankın “e-commerce” və POS-terminallarında həm “Kapital Bank”a məxsus kartlar, həm də digər bankların kartları üçün hazırda tətbiq olunan komissiya faizinə 50%-dək endirim tətbiq edilir.

Hüseyn Vəliyev

Digər xəbərlər