Koronavirusa qarşı qlobal peyvənd bazarının illik həcmi 10 mlrd. dolları ötə bilər

Koronavirusa qarşı qlobal peyvənd bazarının illik həcmi 10 mlrd. dolları ötə bilər
  • Clock-gray 11:16
  • calendar-gray 08 Noyabr 2020

Koronavirusun insanlar arasında yayılması davam edəcək, buna görə bütün ölkələrin əhalisi üçün vaksinasiya tələb olunacaq. Koronavirusa qarşı peyvənd bazarının həcmi ildə 10 mlrd. ABŞ dollarını ötə bilər.

"APA-Economics" xəbər verir ki, bu barədə "The Guardian" qəzeti "Morgan Guardley" və "Credit Suisse"ə istinadən yazır.

Qeyd olunub ki, insanlar hər il vaksinasiyadan keçməli olacaq, dozanın orta qiyməti isə 20 dollar təşkil edir, maya dəyəri isə 5-10 dollar arasında qiymətləndirilir.

"ABŞ, Avropa və digər inkişaf etmiş ölkələrdə əczaçılıq şirkətlərinin peyvənd satışından əldə etdikləri gəlirlər ildə 10 mlrd. dollar təşkil edəcək. Bazarın həcmi vaksinasiyanın hər il lazım olub-olmamasından və peyvəndin qiymətindən asılı olacaq. Beləliklə, bazarın illik həcmi 25 mlrd. dollaradək arta bilər", - məlumatda deyilir.

APA-Economics

Digər xəbərlər