Maliyyə naziri: “Ölkədə beynəlxalq elmi tədbirlərin təxirə salınması üzrə 20 milyon manata qənaət edilib”

Maliyyə naziri: “Ölkədə beynəlxalq elmi tədbirlərin təxirə salınması üzrə 20 milyon manata qənaət edilib”
  • Clock-gray 17:53
  • calendar-gray 04 Avqust 2020

“Beynəlxalq tədbirlərə gediş-gəlişin azalması elm xərclərinin azaldılmasına səbəb olub”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, bir çox elmi sektorlar da dövlət büdcəsindən maliyyələşir. Nazir deyib ki, hazırda onlar fəaliyyət göstərmədirlərindən, bu maliyyələşmə də dayandırılıb: “Buradan da böyük qənaətlər əldə edilib. Biz təhsilə heç bir zərbə vurmaq istəmirik”.

S. Şərifov bildirib ki, ölkədaxili beynəlxaq elmi tədbirlərin təxirə salınmasıı üzrə 20 milyon manata qənaət edilib: “Qəbul edilən tələbələrin sayında da azalmalar nəzərdə tutulur. Məktəbəqədər təhsil müəssisələri pandemiyaya görə dayandırılıb. Onların ərzaq və kommunal xərcləri hesabına xeyli qənaət edilib. Burada hər hansı başqa motiv axtarmağa ehtiyac yoxdur”.

 

Firuzə Vahid

Digər xəbərlər