Merkel Almaniya iqtisadiyyatının ölkə tarixində ən çətin vəziyyətdə olduğunu bildirib

Merkel Almaniya iqtisadiyyatının ölkə tarixində ən çətin vəziyyətdə olduğunu bildirib
  • Clock-gray 11:08
  • calendar-gray 05 İyun 2020

Almaniya kansleri Angela Merkel hazırda alman iqtisadiyyatının ölkə tarixində ən çətin dövrü yaşadığını deyib.

"APA-Economics" TASS-a istinadən xəbər verir ki, o, pandemiya ilə əlaqədar təxminən 7 mln. Almaniya sakininin yarım gün işlədiyini qeyd edib.

Merkel bu faktın sadəcə aydınlaşdırılmasının lazım olduğunu söyləyərək əlavə edib ki, ölkənin böhrandan çıxması üçün hər şey ediləcək.

Qeyd edək ki, Almaniyada milli iqtisadiyyatın stimullaşdırılmasına yönələn tədbirlər paketi razılaşdırılıb. Onun həcmi 130 mlrd. avro təşkil edir.

Hüseyn Vəliyev

Digər xəbərlər