"Moody's" G20 ölkələrinin iqtisadiyyatının 5%-dək azalacağını proqnozlaşdırır

"Moody
# 23 iyun 2020 11:43 (UTC +04:00)

"Moody’s" beynəlxalq reytinq agentliyi bu il G20 ölkələrinin iqtisadiyyatının 4,6% azalacağını proqnozlaşdırır.

"APA-Economics"in agentliyin yaydığı məlumata istinadən verdiyi xəbərə görə, COVID-19 pandemiyası bu azalmanın əsas drayveri olacaq. 2021-ci ildə azalma artıma dəyişəcək və G20 ölkələrində ÜDM-in artım tempi 4,8% təşkil edəcək. G20-nin təkcə inkişaf edən ölkələrində isə 2020-ci ildə iqtisadi azalma 1,6% təşkil edəcək, 2021-ci ildə isə 5,9% artacaq.

Qeyd edək ki bu il, G20-nin inkişaf etmiş ölkələri arasında ən kəskin iqtisadi azalma ilə Fransa (-10,1%) və Böyük Britaniya (-10,1%) üzləşəcək, qrupun inkişaf edən ölkələri arasında isə ən dərin iqtisadi azalma Argentina (-8%) və Braziliyada (6,2%) baş verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR