Naxçıvanda kreditləşmənin həcmi yanvar-noyabrda 30% artıb

Naxçıvanda kreditləşmənin həcmi yanvar-noyabrda 30% artıb
  • Clock-gray 12:31
  • calendar-gray 23 Dekabr 2020

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasının bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 164,79 mln. manata yaxın kredit verilib ki, bu da bir il öncəki göstəricidən 30% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Econonics"ə verilən məlumata görə, kreditlərin 17,35 mln. manatdan çoxu və yaxud 10,5%-i qısamüddətli, 147,44 mln. manatdan çoxu və yaxud 89,5%-i isə uzunmüddətli kreditlər olub.

Dekabrın 1-nə muxtar respublikanın banklarında açılan bank hesablarının sayı 91 728-ə çatıb ki, bunun da 79 964-ü və ya 87,2%-i aktiv hesablardır. 2020-ci ilin yanvar-noyabr aylarında açılan 34 226 bank hesabının 34207-si aktiv hesablar olub.

Muxtar respublikada quraşdırılan POS-terminalların sayı 1 dekabr tarixinə 1 406-ya çatdırılıb.

Hüseyn Vəliyev

Digər xəbərlər