Naxçıvanda ötən il orta aylıq əməkhaqqı 532 manata yaxın olub

Naxçıvanda ötən il orta aylıq əməkhaqqı 532 manata yaxın olub
# 14 yanvar 2021 11:00 (UTC +04:00)

2020-ci ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 531,7 manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Econonics"ə verilən məlumata görə, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 11,9% çoxdur.

Xatırladaq ki, cari ilin yanvar-oktyabr aylarında Muxtar Respublikada orta aylıq əməkhaqqı üzrə göstərici 529,8 manata bərabər olub.

Muxtar respublika üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR