Nazir: "Qarabağın bərpası üçün birbaşa və dolayısı ilə vəsaitlər yönəldiləcək"

Nazir: "Qarabağın bərpası üçün birbaşa və dolayısı ilə vəsaitlər yönəldiləcək"
# 29 dekabr 2020 14:58 (UTC +04:00)

Qarabağın bərpası ilə bağlı birbaşa və dolayısı ilə müəyyən miqdarda vəsaitlər yönəldiləcək.

"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin bugünkü iclasında Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.

"Qarabağın bərpası ilə bağlı dövlət büdcəsində nəzərdə tutulan 2,2 mlrd. manat məqsədli vəsaitlə yanaşı, bu vacib istiqamətə investisiya xərcləri, ayrı-ayrı büdcə təşkilatları üzrə əsaslı xərclər və dövlət büdcəsinin ehtiyat fondları üzrə nəzərdə tutulan vəsaitlərin bölgüsü zamanı da birbaşa və dolayısı ilə müəyyən miqdarda vəsaitlər yönəldiləcək", - nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR