Neft Fondu maliyyə bazarlarında dalğalanmaların portfelinə təsirini şərh edib

Neft Fondu maliyyə bazarlarında dalğalanmaların portfelinə təsirini şərh edib
# 06 aprel 2020 12:46 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində dünya maliyyə bazarlarındakı dalğalanmalar qısamüddətli qiymət dəyişkənliyindən yaranan realizə edilməmiş müvəqqəti zərər kimi öz əksini tapacaq.

"APA-Economics"in verdiyi məlumata görə, bu barədə Neft Fondu dünya maliyyə bazarlarındakı dalğalanmaların ARDNF-in portfelinə təsirini şərh edərkən bildirib.

Məlumatda deyilir ki, təbii ki, bu gün dünya iqtisadiyyatında, eləcə də beynəlxalq maliyyə bazarlarında baş verənlər ARDNF-in də daxilolmalarına və investisiya portfelinə təsirsiz ötüşmür: "Bu gün ARDNF-in investisiya portfelinin 80%-dən çoxu yüksək likvid və daha az qiymət dəyişkənliyi ilə xarakterizə olunan sabit gəlirli qiymətli kağızlar və qızıldan ibarətdir ki, məlum olduğu kimi bu aktivlər də böhran dövrlərində daha etibarlı alətlər hesab olunurlar. Bir daha qeyd edirik ki, beynəlxalq maliyyə bazarları dünya iqtisadiyyatının güzgüsüdür. Əgər bu gün bütün dünyada insanlar daha az məhsul və xidmətlər istehlak edirlərsə, şirkətlər bunun müqabilində öz istehsal imkanlarından daha az istifadə edirlərsə, bu o deməkdir ki, onların gəlirləri azalır və nəticə etibarilə də bu onların birjada kotirovka olunan səhmlərinin qiymətinə təsir edir. Həmin səhmlər də bu gün demək olar ki, bütün institusional investorların portfellərinin tərkib hissəsidir. Digər suveren fondlar kimi ARDNF-in də investisiya portfelində bu dalğalanmalar qısamüddətli qiymət dəyişkənliyindən yaranan realizə edilməmiş müvəqqəti zərər kimi öz əksini tapacaq və Fondun informasiya siyasətinə uyğun şəkildə ictimaiyyətə çatdırılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR