Azərbaycana xaricdən cəlb olunmuş birbaşa investisiyaların həcmi ötən il 5% artıb

Azərbaycana xaricdən cəlb olunmuş birbaşa investisiyaların həcmi ötən il 5% artıb
# 10 aprel 2020 13:00 (UTC +04:00)

2019-cu ildə birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 4,3 mlrd. dollar olub.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 78,3 % təşkil edib.

Qiymətləndirmələrə görə, qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 930,1 mln.dollar olub.

Nəticədə, ölkəyə cəlb olunmuş birbaşa investisiyaların həcmi illik müqayisədə 4,9% artıb.

Xatırladaq ki, 2018-ci ildə birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 4,1 mlrd. dollar olub. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neftqaz sektorunun xüsusi çəkisi 76,5% təşkil edib. Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 967,1 mln.dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR