Qarabağda quruculuq işlərinin aparılması üçün Macarıstan şirkətlərinə kredit xətti açılıb

Qarabağda quruculuq işlərinin aparılması üçün Macarıstan şirkətlərinə kredit xətti açılıb
# 10 mart 2021 15:05 (UTC +04:00)

"Eximbank" tərəfindən Macarıstanın 7 şirkətinə Qarabağda quruculuq işlərinin aparılmasına 100 mln. ABŞ dolları məbləğində kredit xətti açılıb.

"APA-Economics"in məlumatına görə, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu gün Bakıda keçirilən Azərbaycan-Macarıstan işgüzar görüşündə çıxış edərkən deyib.

Onun sözlərinə görə, bank daxilində artıq qərar verilib ki, növbəti kredit xətti də açılsın: "Artıq maliyyə imkanları "Eximbank" tərəfindən təmin olunur və mən inanıram ki, həqiqətən də bu, Macarıstan şirkətlərinin Azərbaycanda rəqabətini də artıracaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR