"Rabitəbank" 300 min manatadək girovsuz biznes kreditlər təklif edir ®

"Rabitəbank" 300 min manatadək girovsuz biznes kreditlər təklif edir ®
# 02 iyul 2020 16:32 (UTC +04:00)

"Rabitəbank" ASC müştərisi olan və olmayan biznes sahibləri indi heç bir girov təqdim etmədən, hesabları üzrə keçən dövriyyələrinin əsasında 300 000 manatadək kredit əldə edə bilərlər.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, kampaniya şərtlərinə görə Bankın bütün filiallarından sahibkarlıq fəaliyyəti ilə məşğul, müsbət kredit tarixçəsi olan fiziki və hüquqi şəxslər minimum 30 000 manatdan maksimum 300 000 manatadək girovsuz 3 illik kredit əldə edə biləcəklər. Ayrılacaq biznes krediti xəttinin müddəti maksimum 12 ay, kredit üzrə güzəşt müddəti də maksimum 12 aydır. Bununla yanaşı təklif olunan kreditin minimal faiz dərəcəsi (İKZF-nin subsidiyasından sonra) 8%, rəsmiləşdirilmə xərci isə 0,1%-dir.

Qeyd edək ki, "Rabitəbank" tərəfindən təqdim olunan girovsuz biznes krediti kampaniyası qeyri-neft sektorunda çalışan sahibkar fiziki və hüquqi şəxslər üçün nəzərdə tutulub. Bankın girovsuz kredit qaydalarının əsas məqsədi biznes sahiblərinə hazırkı pandemiyanın hökm sürdüyü iqtisadi şəraitdə dəstək olmaq, onları asan və maneəsiz maliyyə resurslarına çıxış imkanları ilə təmin etməkdir.

Kampaniya 30.12.2020 tarixinə kimi davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR