"Rabitəbank" müddəti bitən kartların vaxtını uzadır - ®

"Rabitəbank" müddəti bitən kartların vaxtını uzadır - ®
# 01 aprel 2020 14:00 (UTC +04:00)

"Rabitəbank" ASC koronavirusla ("COVID-19") mübarizə istiqamətində ölkədə aparılan zəruri tədbirləri nəzərə alaraq, cari ilin mart, aprel və may aylarından etibarən istifadə müddəti başa çatan bütün ödəniş kartlarının vaxtını 2020-ci ilin iyul ayınadək avtomatik uzadır.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, müştərilər kart vasitəsilə vəsaitlərini nağdlaşdırma ilə yanaşı, alış-verişlərini, həmçinin evdən onlayn sifarişlər nağdsız olaraq kart vasitəsilə həyata keçirə biləcəklər.

"Rabitəbank" müştərilərə "COVID-19"dan qorunmaq üçün ödənişlərini nağdsız şəkildə kart vasitəsi ilə və yaxud "PayPass" stikerləri ilə həyata keçirməyi tövsiyə edir. Bütün bunlarla yanaşı, nağdsız əməliyyatlardan istifadə edən müştərilər marketlərdən, yemək sifarişlərini çatdıran şirkətlərdən və digər onlayn sifarişlərdən "cashback" qazana biləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR