"Rabitəbank" sahibkarlığa dəstək məqsədilə yeni kampaniya keçirir ®

"Rabitəbank" sahibkarlığa dəstək məqsədilə yeni kampaniya keçirir ®
# 05 may 2020 12:05 (UTC +04:00)

“Rabitəbank” ASC ölkədə sahibkarlıq fəaliyyətinin inkişafı və sahibkarlar üçün güzəştlərin tətbiq edilmə siyasəti çərçivəsində biznes fəaliyyəti üçün önəmli kampaniyaya start verib.

“Rabitəbank”dan “APA-Economics”ə verilən məlumata görə, belə ki, cari ilin mayın 5-dən avqustun 5-dək bankda yeni sahibkarlıq hesabı açan müştərilərimizə aşağıdakı xüsusi təkliflər təqdim olunur:

- ilk 3 ay ərzində müəssisələrdən əməkhaqqı köçürmə komissiyasının alınmaması, əməkhaqqı kartlarının pulsuz verilməsi;

- köçürmə komissiyaları üçün istifadə edilə biləcək 50 AZN dəyərində bonusların verilməsi;

- 0% konvertasiya komissiyası;

- ilk 3 ay ərzində hesab üzrə vəsaitin nağdlaşdırılması 0%;

- POS terminal üzrə aylıq xidmət haqqı 0 AZN.

Həmçinin, kampaniyadan yararlanan müştərilərə internet bankçılıq xidmətinə qoşulma, istənilən valyutada hesab açma, birillik SMS və e-mail məlumatlandırma, VÖEN hesaba bağlı ikiillik “BizKart” və bir ədəd çek kitabçası tamamilə pulsuz təqdim edilir.

Sahibkarlar üçün təklif olunan yeni kampaniya haqqında ətraflı: https://bit.ly/sahibkar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR