Rusiyada problemli kreditlərin sayı rekorda çatıb

Rusiyada problemli kreditlərin sayı rekorda çatıb
# 09 fevral 2021 10:20 (UTC +04:00)

Rusiyada ödəmə müddəti 90 gündən çox keçmiş mikrokreditlərin sayı keçən ilin dekabr ayında 0,7% artaraq rekord həddə – 5,3 milyona çatıb.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu göstəricinin hesablanması kredit tarixçələri bürosu olan "Ekfifaks" tərəfindən aparılıb.

Statistikaya görə, vaxtı keçmiş kreditlərin sayı 2019-cu ilin oktyabr ayından dayanmadan artır və təkcə 2020-ci il ərzində 30,9% çoxalıb.

Büronun baş direktoru Oleq Laqutkin qeyd edib ki, rəqəmin ayrılıqda həddindən artıq neqativ görünməsinə baxmayaraq, kreditlərin orta gəlirliyini nəzərə alaraq, problemli kreditlər ümumi mikrokredit portfelinin 40%-ni təşkil edir və narahatlıq yaratmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR