SOCAR ötən il neft-qaz istehsalına 1,2 mlrd. manata yaxın xərcləyib

SOCAR ötən il neft-qaz istehsalına 1,2 mlrd. manata yaxın xərcləyib
# 07 sentyabr 2020 16:20 (UTC +04:00)

SOCAR 2019-cu ildə faktiki olaraq neft hasilatına 857,2 mln. manat, qaz hasilatına isə 317,4 mln. manat vəsait xərcləyib.

"APA-Economics"in SOCAR-ın illik hesabatına istinadən verdiyi məlumata görə, cəmi neft istehsalı xərcləri 2018-ci il ilə müqayisədə 10,5%, qaz hasilatına çəkilən faktiki xərclər isə 2,2% artıb.

Şirkət üzrə neft hasilatına çəkilən faktiki xərclərdə ən böyük hissəsi vəsaitlərin amortizasiyası (17,7%), nəqliyyat xərcləri (16,9%) və əmək haqqı xərclərinin (15,3%) üzərinə düşüb. Qaz hasilatına çəkilən xərclərin əsasını isə əsas vəsaitlərin amortizasiyası (25,1%), mədən vergisi (17,8%) və nəqliyyat xərcləri (13%) təşkil edib.

Beləliklə, ötən il SOCAR neft-qaz istehsalına 1,2 mlrd. manat xərcləyib ki, bu da 2018-ci il ilə müqayisədə 8,1% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR