"S&P": Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbəti bu il 2,1% təşkil edəcək

"S&P": Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbəti bu il 2,1% təşkil edəcək
# 08 fevral 2021 11:32 (UTC +04:00)

"S&P Global Ratings" reytinq agentliyi bu il Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbətinin 2,1% səviyyəsində olacağını proqnozlaşdırır.

"APA-Economics"in reytinq agentliyinin istinadən verdiyi məlumata görə, gələn il kəsir ÜDM-in 0,7%-ni təşkil edəcək. Agentliyin uzunmüddətli proqnozuna əsasən isə, ölkənin icmal büdcəsi 2022-ci ildə profisitə qayıdacaq və ÜDM-in 1%-ni təşkil edəcək.

Qeyd edək ki, "S&P"nin 2020-ci il üçün proqnozu özünü doğruldub. Belə ki, agentlik ötən il üçün Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbətini 6,4% səviyyəsində olacağını gözləyirdi, faktiki göstərici isə 6,5% (4,698 mlrd. manat) təşkil edib.

Maliyyə Nazirliyinin operativ məlumatlara əsasən, 2020-ci ildə icmal büdcənin gəlirləri 24,463 mlrd. manat, xərcləri isə 29,160 mlrd. manat icra olunub.

Digər proqnozlara gəldikdə, "Fitch Ratings" beynəlxalq agentliyi noyabrda Azərbaycanın 2020-ci il icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbətinin 5,7% təşkil edəcəyini proqnozlaşdırırdı. Beynəlxalq Valyuta Fondunun gözləntilərinə əsasən isə, 2020-ci ildə icmal büdcəsinin kəsiri ÜDM-in 5,4%-ni təşkil etməli idi. Dünya Bankı 7,5%-lik kəsir proqnozlaşdırmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR