"Siemens Energy" 7 800 işçisini ixtisar edəcək

"Siemens Energy" 7 800 işçisini ixtisar edəcək
# 02 fevral 2021 14:55 (UTC +04:00)

"Siemens Group"un restrukturizasiyası nəticəsində 2020-ci ilin aprel ayında yaradılan "Siemens Energy AG" şirkəti 7 800 işçisini ixtisar edəcəyi barə məlumat yayıb.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, ixtisarların təxminən 75%-i idarəetmə, menecment və satış bölmələrində olacağı gözlənilir. Şirkət bu qərarı pandemiya dövründə xərclərin azaltması ilə əsaslandırır.

Qeyd edək ki, "Siemens Energy"nin Almaniyadakı filialı ixtisarlardan ən çox təsirlənəcək. Sözügedən ölkədə şirkətin 3 000 işçisi ixtisar olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR