"Toshiba" pandemiyaya görə bu il 670 mln. dollara yaxın itirib

"Toshiba" pandemiyaya görə bu il 670 mln. dollara yaxın itirib
# 11 noyabr 2020 11:42 (UTC +04:00)

Yaponiyanın elektronika sektorunun nəhəngi "Toshiba Corporation" 2020-2021-ci maliyyə ilinin ilk yarısında (30 sentyabrda başa çatıb) bir il əvvəlki 145,146 mlrd. yen (1,3 mlrd. ABŞ dolları) zərərə qarşı 3,493 mlrd. yen (32,95 mln. dollar) xalis mənfəət əldə edib.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin maliyyə hesabatında deyilir.

Hesabat dövründə şirkətin əməliyyat mənfəəti 3,114 mlrd. yen (29,4 mln. dollar) olub ki, bu da illik ifadədə 16,7 dəfə azdır. Şirkətin gəlirləri 19,8% azalaraq 1,371 trln. yen (12,9 mlrd. dollar) təşkil edib. "Toshiba" ilin birinci yarısında bir səhm üzrə mənfəəti göstərməyib.

Maliyyə ilinin II rübünün nəticələrinə görə, "Toshiba"nın xalis mənfəəti bir il əvvəlki 4,9 mlrd. yen (44,9 mln. dollar) zərərə qarşı 14,8 mlrd. yen (140 mln. dollar) təşkil edib. Gəlirlər 14% azalaraq 771,562 mlrd. yen (7,2 mlrd. dollar) olub. Şirkət səhm üzrə başına mənfəəti göstərməyib. Əməliyyat mənfəəti illik ifadədə 2,8 dəfə azalaraq 15,749 mlrd. yenə (148,6 mln. dollar) düşüb.

Şirkət 2020-2021 maliyyə ilində əməliyyat mənfəətinin 220 mlrd. yen (2 mlrd. dollar) olacağını proqnozlaşdırır. Koronavirus pandemiyası səbəbindən şirkətin cari maliyyə ilində itkiləri 70,2 mlrd. yen (668 mln. dollar) təşkil edib.

Xatırladaq ki, "Toshiba Corporation" Yaponiyanın ən böyük kompüter yaddaş kartı istehsalçısıdır. 1875-ci ildə Tokioda təsis edilən şirkət yüksək dəqiqlikli elektronika və elektrik mühəndisliyi, inteqral sxemlər, sənaye kompüterləri, mobil telefonlar, LCD televizorlar, liftlər istehsalı üzrə ixtisaslaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR