Vüqar Gülməmmədovun Hesablama Palatasının sədri vəzifəsinə yenidən namizədliyi irəli sürülüb

Vüqar Gülməmmədovun Hesablama Palatasının sədri vəzifəsinə yenidən namizədliyi irəli sürülüb
# 07 dekabr 2020 17:56 (UTC +04:00)

Hesablama Palatasının sədri vəzifəsinə Vüqar Gülməmmədovun namizədliyi irəli sürülüb.

APA-nın məlumatına görə, bu, Milli Məclisin dekabrın 11-I keçiriləcək iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin təyin edilməsi haqqında” layihədə əksini tapıb.

Layihəyə əsasən, Vüqar Tapdıq oğlu Gülməmmədovun Azərbaycan Respublikasının Hesablama Palatasının sədri təyin olunması barədə Milli Məclis sədrinin təqdimatı məqsədəuyğun hesab edilir.

Qeyd edək ki, Vüqar Gülməmmədovun Hesablama Palatasına sədrlik müddəti noyabrın 24-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR