Xarici ticarət balansında 2,7 mlrd. dollar profisit yaranıb

Xarici ticarət balansında 2,7 mlrd. dollar profisit yaranıb
# 30 iyul 2020 14:49 (UTC +04:00)

Son ayda beynəlxalq konyunkturun yaxşılaşması və idxalın aşağı səviyyədə qalması xarici balans göstəricilərinə də müsbət təsir edib.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib.

"Ümumilikdə, cari ilin 6 ayında xarici ticarət balansında 2.7 mlrd. ABŞ dolları səviyyəsində profisit olub."

O bildirib ki, pul siyasətinə həsr olunmuş son iclasdan ötən müddətdə qlobal iqtisadi aktivliyi xarakterizə edən göstəricilərdə əhəmiyyətli dəyişiklik baş verməyib.

"Dünya Ümumi Daxili Məhsulunun 60%-dən çoxunu yaradan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri üzrə biznes inam və istehlakçı inamı indeksləri iyunda may ayı ilə müqayisədə bir qədər yüksəlsə də, ilin əvvəlindəkindən əhəmiyyətli dərəcədə aşağı səviyyədədir. Beynəlxalq Valyuta Fondu 2020-ci il üzrə qlobal iqtisadiyyatın ressesiyasına dair özünün proqnozunu iyunda 3%-dən 4.9%-ə yüksəltmişdir.

Dünya əmtəə qiymətlərində, o cümlədən neft qiymətində bərpa prosesləri davam edir. İyulun ötən dövründə Brent markalı neftin orta qiyməti 43 ABŞ dolları təşkil etmişdir ki, bu da aprel ayına nisbətən (27 ABŞ dolları) 59% yüksəkdir."

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR