AMB-nin beynəlxalq ehtiyatları ilin əvvəlindən 6% artıb

AMB-nin beynəlxalq ehtiyatları ilin əvvəlindən 6% artıb
# 30 avqust 2019 10:51 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) beynəlxalq ehtiyatları bu ilin iyulun sonuna 5 962,8 mln. ABŞ dolları təşkil edib.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ilin əvvəlindən 337,1 mln. dollar və ya 6%, son bir ildə isə 415,9 mln. dollar və ya 7,5% artıb.

Qeyd edək ki, beynəlxalq ehtiyatlar mərkəzi banklar tərəfindən ödəniş vasitəsi kimi qəbul olunan valyuta ehtiyatlarıdır. Bu ehtiyatlar qızıl və ya digər valyutalar şəklində ola bilər. Beynəlxalq ehtiyatlar, həmçinin, beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üçün də istifadə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR