AYİB: Azərbaycanda ÜDM-in artım tempi bu il 2,8%, gələn il isə 2,4% olacaq - PROQNOZ

AYİB: Azərbaycanda ÜDM-in artım tempi bu il 2,8%, gələn il isə 2,4% olacaq - PROQNOZ
  • Clock-gray 11:22
  • calendar-gray 07 Noyabr 2019

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2019-cu ildə Azərbaycanda ÜDM-in 2,8%, 2020-ci ildə isə 2,4% artacağını proqnozlaşdırır.

APA-Economics”in məlumatına görə, bu barədə AYİB-in dərc etdiyi “Regional Economic Prospects” adlı hesabatına deyilir.

Hesabata əsasən, iqtisadiyyatın xarici zərbələrə davamlılığı likvidlik buferləri tərəfindən dəstəklənir, hansılar ki, Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları və Azərbaycan Neft Fondunun aktivləridir.

Bankın hesabatında həmçinin qeyd olunub ki, 2019-cu ilin yanvar-sentyabr ayları ərzində 2,6% səviyyəsində olan orta illik inflyasiyanın aşağı olması fonunda kredit fəallığı da bərpa olunur. Bu, cari ilin yanvar-oktyabr ayları ərzində AMB-yə uçot dərəcəsini 200 baza punktu aşağı salmağa imkan yaradıb.

Qeyd edək ki, Azərbaycan hökumətinin proqnozlarına əsasən, bu il ölkə iqtisadiyyatının 3,2%, 2020-ci ildə isə 2,4% artacaq.

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date