Azərbaycan əhalisi iyunda nağd dollar alışını artırıb

Azərbaycan əhalisi iyunda nağd dollar alışını artırıb
# 05 avqust 2019 13:01 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda banklar tərəfindən əhaliyə satılan nağd dollar kütləsinin həcmi 1 125 408,8 min dollar təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 293 190,1 min dollar və ya 20,7% azdır.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, buna baxmayaraq, cari ilin iyun ayında ölkə əhalisi tərəfindən 179 433,0 min dollar alınıb. Bu isə may ayına nisbətən 6 049,0 min dollar və ya 3,5%, ötən ilin iyun ayına nisbətən isə 11 836,5 min dollar və ya 7,1% çoxdur.

Qeyd edək ki, iyun ayında əhali tərəfindən nağd dollar alışının artımı əsasən insanların bu mövsümdə xarici ölkələrə daha çox səfər etməsi ilə əlaqədardır.

Bundan başqa, hesabat dövründə ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 937 835,9 min dollar təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 99 235,5 min dollar və ya 9,6% azdır.

Eyni zamanda banklar tərəfindən iyunda əhalidən alınan nağd dolların məbləği son bir ayda 28 914,7 min dollar və ya 17%, son bir ildə isə 6 680,0 min dollar və ya 4,5% azalaraq 141 842,6 min dollara bərabər olub.

Beləliklə, cari ilin ilk yarısında Azərbaycanda əhali tərəfindən nağd dolların alışı satışı 187 572,9 min dollar, iyunda isə 37 590,4 min dollar üstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR