Azərbaycanda 2020-2023-cü illər üzrə icmal büdcənin gəlirləri və xərcləri məlum olub

Azərbaycanda 2020-2023-cü illər üzrə icmal büdcənin gəlirləri və xərcləri məlum olub
# 22 oktyabr 2019 17:01 (UTC +04:00)

Azərbaycanın 2020-ci il və sonrakı üç il üçün icmal büdcəsinin gəlirləri və xərcləri proqnozlaşdırılıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Respublikasının 2020-ci il və sonrakı üç il üçün icmal büdcəsinin layihəsində bildirilir ki, 2020-ci ildə icmal büdcənin gəlirləri 27 533 159,7 min manat, 2021-ci ildə 28 783 999,5 min manat, 2022-ci ildə 29 891 898,0 min manat, 2023-cü ildə isə 31 462 377,6 min manat olacağı gözlənilir.

İcmal büdcənin xərclərinə gəldikdə, 2020-ci ildə bu göstərici 29 488 271,5 min manat, 2021-ci ildə 29 145 717,9 min manat, 2022-ci ildə 28 664 881,8 min manat, 2023-cü ildə isə 29 509 102,3 min manat olacağı proqnozlaşdırılır.

Nəticədə 2020-ci ildə icmal büdcənin kəsiri 1 955 11,8 min manat, 2021-ci ildə 361 718,4 min manat təşkil edəcək, 2022-ci ildə 1 227 016,2 min manatlıq, 2023-cü ildə isə 1 953 275,3 min manatlıq profisitin yaranacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR