Azərbaycandakı bankların aktivləri son bir ildə 8%-ə yaxın artıb

Azərbaycandakı bankların aktivləri son bir ildə 8%-ə yaxın artıb
# 30 avqust 2019 16:59 (UTC +04:00)

Bu ilin iyulun 31-nə Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının cəmi aktivləri 30 090,0 mln. manat, cəmi öhdəlikləri isə 25 507,0 mln. manat təşkil edib. Sektorun balans kapitalı 4 583,0 mln. manat olub.

APA-Economics”in Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən verdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bankların cəmi aktivləri 2 159,3 mln. manat və ya 7,7%, cəmi öhdəlikləri 1 508,7 mln. manat və ya 6,3%, balans kapitalı isə 650,6 mln. manat və ya 16,5% artıb.

“İyul ayına sektorun aktivlərinin 44,3%-ni kredit portfeli təşkil edib. Ay ərzində kredit portfeli 1,5% (196,2 mln. manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 13 342,3 mln. manat təşkil edib. Ay ərzində milli valyutada kreditlər 2,5% (210,1 mln. manat) artaraq 8 650,7 mln. manata çatıb”, - deyə MBNP-nin məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR