Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 3% artıb

Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 3% artıb
# 17 sentyabr 2019 16:15 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın Avropa İttifaqı ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 8 838,7 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 252,1 mln. dollar və ya 3% çoxdur.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, eyni zamanda ötən ilin analoji dövrü ilə müqayisədə ixracın həcmi 168,9 mln. dollar və ya 2,4% artaraq 7 226,4 mln. dollara, idxalın həcmi isə 83,2 mln. dollar və ya 5,4% artaraq 1 612,3 mln. dollara bərabər olub.

Hesabat dövründə 5 614,1 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 85,7 mln. dollar və ya 1,6% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR