DSMF gələn il əmək pensiyalarının ödənişinə 4,570 mlrd. manat vəsait ayıracaq

DSMF gələn il əmək pensiyalarının ödənişinə 4,570 mlrd. manat vəsait ayıracaq
# 17 oktyabr 2019 10:15 (UTC +04:00)

Gələn ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi 4,825 mlrd. manat məbləğində proqnozlaşdırılır ki, bu da cari ilə nisbətən 16,9% çoxdur.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirədə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, 697 mln. manat əlavə vəsaitin məhz əhalinin ödənişlərinə yönəldiləcək.

Ümumi sosial sığorta yığımlarında 22,5% artımın olduğunu bildirən nazir Fondun gəlirlərində qeyri-büdcə təşkilatlarının payının artdığını vurğuladı.

Transfertin məbləğinin cari illə müqayisədə 81 mln. manat artacağını qeyd edən S. Babayev qeyd edib ki, əgər transfertin məbləği 2017-ci ildə DSFM-in gəlirlərinin 39%-ni təşkil edirdisə, artıq 2018-ci ildə bu, 35,6%-ə enib, 2019-cu ildə 32,8%-ə, 2020-ci ildə isə 29,6%-ə düşəcək ki, bu da iki il ərzində 8%-lik azalma deməkdir.

"Bu, Dövlət Sosial Müdafiə Fondunun dayanıqlılığı, onun maliyyə müstəqilliyinin təmin edilməsi baxımından çox önəmli amildir. Əhaliyə ödənişlər 4,684 mlrd. manat məbləğində olacaq. Yəni, ümumi gəlirlərin 97,1%-i məbləğində və bunlardan da əmək pensiyalarının ödənişi 4,570 mlrd. manat məbləğində olacaq. Ümumi artımın 16,6% olacağı gözlənilir. Yəni, 651,7 mln. manat məbləğində artım gözlənilir", - deyə S. Babayev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR