Dünya Bankı: Azərbaycanda bu il inflyasiya 2,8% təşkil edəcək - PROQNOZ

Dünya Bankı: Azərbaycanda bu il inflyasiya 2,8% təşkil edəcək - PROQNOZ
# 09 oktyabr 2019 12:21 (UTC +04:00)

Bu il Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,8% artacaq.

APA-Economics”in məlumatına görə, bu barədə Dünya Bankının dərc etdiyi yeni hesabatda deyilir.

Bankın proqnozlarına görə, 2020-ci ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 3,2%, 2021-ci ildə isə 3,3% təşkil edəcək.

Qeyd edək ki, Azərbaycan hökumətinin ortamüddətli proqnozlarına əsasən, ölkədə inflyasiyanın səviyyəsi 2019-cu ildə 3,7%-ə, 2020-ci ildə 4,6%-ə, 2021-ci ildə 4,5%-ə, 2022-ci ildə 4,1%-ə, 2023-cü ildə isə 3,9%-ə bərabər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR