Maliyyə Nazirliyi ortamüddətli dövr üzrə büdcə xərclərinin proqnozunu açıqlayıb

Maliyyə Nazirliyi ortamüddətli dövr üzrə büdcə xərclərinin proqnozunu açıqlayıb
# 13 sentyabr 2019 17:36 (UTC +04:00)

Azərbaycan Maliyyə Nazirliyi tərəfindən 2020-2023-cü illər üzrə büdcə gəlirlərinin hesablanmasında əsas götürüləcək neftin bir barelinin qiyməti (55 ABŞ dolları), habelə büdcə qaydasına müvafiq olaraq icmal büdcənin yuxarı hədləri müəyyən edilib və buna müvafiq olaraq da 2020-2023-cü illər üzrə dövlət büdcəsi xərcləri hesablanıb.

APA-Economics”in Nazirliyə istinadən verdiyi məlumata görə, icmal büdcə xərclərinin yuxarı hədləri 2020-ci il üzrə 28,192 mlrd. manat, 2021-ci il üzrə 29,038 mlrd. manat, 2022-ci il üzrə 29,185 mlrd. manat, 2023-cü il üzrə isə 29,389 mlrd. manat səviyyəsində müəyyən edilib.

Dövlət büdcəsinin xərclərinə gəldikdə, 2020-ci ildə bu göstərici 25,618 mlrd. manat, 2021-ci ildə 25,735 mlrd. manat, 2022-ci ildə 25,907 mlrd. manat, 2023-cü ildə isə 26,224 mlrd. manat təşkil edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR