Rusiya XİN: Albaniyanın rusiyalı diplomatla bağlı qərarını böyük təəssüflə qarşılayırıq

Rusiya XİN: Albaniyanın rusiyalı diplomatla bağlı qərarını böyük təəssüflə qarşılayırıq
  • Clock-gray 13:34
  • calendar-gray 22 Yanvar 2021

“Moskva Rusiya diplomatının Albaniya tərəfindən arzuolunmaz şəxs elan olunması haqqında qərarı böyük təəssüflə qarşılayır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

“Bu açıq-aydın Rusiya-Albaniya münasibətlərinin korlanmasına istiqamətlənən təxribatdır və əlbəttə ki, bu qeyri-dost addım cavabsız qalmayacaq. Diplomatiyada başlıca prinsiplərdən biri qarşılıqlı münasibətdir, bunu heç kəs ləğv etməyib”, - deyə Rusiya XİN başçısının müavini vurğulayıb.

Qeyd edək ki, Albaniya Rusiya diplomatını ölkədə koronavirusa qarşı tədbirlərini pozduğuna görə “persona non qrata” elan edib. Rusiyalı diplomat Albaniyanı 72 saat ərzində tərk etməlidir.

Xatırladaq ki, bu, 2021-ci ildə rusiyalı diplomatların fəaliyyət göstərdiyi ölkələrdən ilk çıxarılması halıdır. Ötən il Bolqarıstan, Niderland, Avstriya, Slovakiya və Çexiya rusiyalı diplomatları “casusluqda” günahlandıraraq ölkədən çıxarıb. Moskva isə bu ölkələrə qarşı cavab tədbiri görərək eyni addımı atıb.

Fərid Əkbərov

Digər xəbərlər