Aleksey Navalnının həyat yoldaşı Almaniyaya gedib

Aleksey Navalnının həyat yoldaşı Almaniyaya gedib
# 10 fevral 2021 18:09 (UTC +04:00)

Rusiyalı müxalif blogger Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya Almaniyaya gedib.

APA-nın "Meduza"ya istinadən verdiyi xəbərə görə, bu barədə məlumatlı mənbə bildirib.

Y. Navalnayanın hansı məqsədlə Almaniyaya getdiyi açıqlanmır.

Qeyd edək ki, yanvarın 17-də Almaniyadan müalicədən qayıdan Aleksey Navalnı hava limanında həbs olunub. Növbəti gün onun saxlanıldığı polis bölməsində təcili məhkəmə keçirilib və onun barəsində 30 günlük həbs qərarı verilib. Fevralın 2-də Moskva məhkəməsi Aleksey Navalnının 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb.

Xatırladaq ki, A. Navalnı ötən il avqustun 20-də təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, zəhərlənmə şübhəsi ilə Omskda xəstəxanaya yerləşdirildikdən bir neçə gün sonra Berlinin "Charite" klinikasına aparılıb. Almaniya A. Navalnıdan götürülən nümunələr üzərində aparılan toksikoloji testlərdə "Noviçok" qrupuna aid olan sinir iflicedici maddənin izlərinin tapıldığını bəyan edib. O, Almaniyada müalicə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR