Belarus parlamenti yeni Baş Nazirin namizədliyini təsdiq edib

Belarus parlamenti yeni Baş Nazirin namizədliyini təsdiq edib
# 11 iyun 2020 13:00 (UTC +04:00)

Belarus parlamentinin aşağı palatasının (Nümayəndələr palatası) deputatları Roman Qolovçenkonun Baş Nazir postuna namizədliyini təsdiqləyiblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qərar Nümayəndələr palatasının bugünkü iclasında qəbul edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko 2018-ci ildən Sergey Rumasın rəhbərlik etdiyi hökumətin istefası ilə bağlı sərəncam imzalayıb. İyunun dördündə isə prezidentin müvafiq qərarı ilə Baş Nazir vəzifəsinə R. Qolovçenko təyin olunub. O, bundan əvvəl Dövlət Hərbi-Sənaye Komitəsinə rəhbərlik edirdi. Konstitusiyaya görə, yeni Baş Nazirin namizədliyini parlament təsdiq etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR