Belarusda koronavirus qurbanlarının sayı 47 olub

Belarusda koronavirus qurbanlarının sayı 47 olub
# 19 aprel 2020 14:37 (UTC +04:00)

Belarusda indiyədək 47 nəfər koronvirus infeksiyasının qurbanı olub.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə respublikanın Səhiyyə Nazirliyindən bildirilib.

Məlumatda deyilir ki, hazırda 3 538 nəfər stasionar müalicədədir, digərləri ambulator müalicə alır, yaxud xəstəxanadan buraxılıb, 86 nəfər xüsusi həkim nəzarəti altındadır.

Aprelin 17-də Belarusda koronavirusa yoluxanların ümumi sayının 4 779 nəfər olduğu bildirilib. Aprelin 18-i və 19-da isə respublikanın Səhiyyə Nazirliyi tərəfindən yoluxanların ümumi sayı barədə məlumat açıqlamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR