Ermənistanda COVID-19-dan ölənlərin sayı 2 807 nəfərə çatıb

Ermənistanda COVID-19-dan ölənlərin sayı 2 807 nəfərə çatıb
# 30 dekabr 2020 11:13 (UTC +04:00)

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 582 yoluxma halı qeydə alınıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son sutkada 1 nəfər koronavirusdan ölüb və bununla da ölkədə xəstəlikdən ölənlərin ümumi sayı 2 807 nəfərə çatıb.

Ermənistanda indiyədək koronavirusa yoluxanların ümumi sayı 158 878, xəstəlikdən sağalanların sayı isə 141 844 nəfərə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR