Ermənistanda ordudan buraxılan könüllülər silahı təhvil vermirlər

Ermənistanda ordudan buraxılan könüllülər silahı təhvil vermirlər
  • Clock-gray 19:17
  • calendar-gray 24 Noyabr 2020

Ermənistan ordusundan buraxılan könüllülər silahları təhvil vermirlər.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Hərbi polisinin yaydığı məlumatda bildirilib.

Bildirilib ki, atəşkəslə bağlı üçtərəfli birgə bəyanatdan sonra bir çox könüllü hərbi xidmətdən qayıtsa da, hələ də silahları təhvil verməyib.  

Ermənistan Hərbi polisi könüllülərə müraciət edərək onları silahları təhvil verməyə çağırıb. 

apa-logo-mini

Digər xəbərlər